Format
Format (alm. format, fr. format, lat. forma) - Verilənlərin kompüterin yaddaşında, verilənlər bazasında, monitor ekranında və ya xarici daşıyıcıda yazılması və göstərilməsi qaydalarının məcmusudur. Verilənlər sahələrinin siyahısını, onların xarakteristikalarını, daxil edilən verilənlərin məzmununu və onların yerləşdirilməsini müəyyən edir.O, emal edilən, maqnit daşıyıcısına və ya optik daşıyıcıya yazılan, displeydə
əks etdirilən və ya kağızda çap edilən informasiya obyektinin müəyyən strukturudur.
Format yazıda (o cümlədən faylda, verilənlər bazasında və s.) informasiya obyektlərinin göstərilməsini simvolik şəkildə təsvir edən dil elementidir.
İkilik informasiyanın kodlaşdırılması üçün istifadə olunur (məsələn, mətn faylı).
Format – 1)poliqrafiyada hazır çap məhsulunun, yaxud çap kağızının ölçüləri; 2)fotoqrafiyada obyektivin təsvir sahəsi daxilinə çəkilmiş düzbucaqlı və ya kvadrat; 3)kitabın, səhifənin, kartoçkanın və s.-nin ölçüsü; 4)əndazə; 5)mətbəə məhsulunun kəsiləndən sonra fiziki ölçüləri; 6)kitabın, səhifənin, kağız vərəqin, kartoçkanın və s.-nin ölçüsü; əndazə. Məsələn, böyük format, kiçik format. Kiçik formatda fotoşəkil; 7)mətbuatda nabor səhifəsinin uzunluğu və hündürlüyü, sətrin uzunluğu.